Tel.: +99412 498 01 88

Mob.: +99450 322 06 25

+99455 711 38 65

E-mail: info@wsl-baku.com

Skype: wsl-baku.com

GRE testinə hazırlıq

GRE (ingiliscə Graduate Record Examinations) — testi aspirantura, magistratura yaxud başqa diplomdan sonrakı kurslar, ABŞ, Kanada, Avstraliya və başqa ölkələrdəki ali məktəblərə daxil olmaq üçün zəruridir. Əksər hallarda bu baxılan testin nəticələri olmadan ə o məktəblərə ərizələrə də baxılmır. İki tip imtahan mövcuddur. Ümumi test (general test), və ixtisaslaşma (subject) ilə olan testlər: fizika, kimya, riyaziyyat, biologiya, psixologiya. General test riyaziyyatdan orta məktəb proqramı ilə məhdudlaşır, subject testi isə əhatə etdiyi materiallara görə ali məktəbin üçüncü-dördüncü kursuna uyğun gəlir. Qəbul vaxtı çox proqlamlarda yalnız general testi keçmək tələb olunur. General test riyaziyyatdan əlavə ingilis dilindən də biliyi yoxlayır. Tələbənin söz ehtiayatına böyük diqqət yetirilir.

Maksimal bal – 1600 olmaqla İngilis dilindən – 800, riyaziyyatdan – 800 -dür. Keçid balı adətən 50 faizdir. GRE testi ingilis dili ana dili olan tələbələr üçündür, lakin amerikada aspiranrurada oxumaq istəyən xarici tələbələr də bu imtahanı verməlidirlər. Ancaq ali məktəblərin çoxu bunun çətin olduğunu nəzərə alaraq xarici tələbələrə güzəşt edirlər. Ona görə də praktik olaraq bütn balları aşağı olan xarici tələbələrə TOEFL testini keçməyi təklif edirlər, çünki bu GRE testindən fərqli dərəcədə asandır. GRE testinin mətninin verbal (danışılan) hissəsi imtahan verənin oxuduqlarını çevik təhlil edə bilmək bacarığını, alınan informasiyanın sistemləşdiilməsi, fikir və sözlərin, cümlənin əsas hissələri arasındakı qarşılıqlı əlaqəni bilməyi yoxlayır.Testdəki suallar gündəlik həyatda olanlara həm də təbiət elmlərinin sferasına aid olur. Tələbələrin söz ehtiyatına da xüsusi diqqət yetirilir.

GRE testinin verbay bölməsi üç tip sualları əhatə edir:

Text Completion

Tapşırıq birdən üçə kimi sözləri buraxılmış mətndən ibarətdir. (3-5 cümləlik) Mətnə buraxılmış sözlərin yerinə qoymaq üçün lazım olan sözlərin variantları əlavə olunur. Əgər bütün sözlər düzgün seçilmişsə, tapşırıq yerinə yeirilmiş hesab olunur.

Sentence Equivalence

Sentence Equivalence sualı bir sözü buraxılmış cümlədən ibarətdir. Cümləyə altı variantda cavab söz təklif olunur. Təklif olunan sözlərdən elə ikisini seçmək lazımdır ki, cümlədə eyni məna alınsın. Bəzən təklif olunan səhv cavablar arasında da sinonimlər olur, onların işlədilməsi cümlənin məntiqini pozur. Düzgün cavabların sinonim olmağı isə vacib eyil, lalkin onların işlənməsi cümləni eyni mənya, ziddiyətsiz olmağa gətirməlidir.

Reading Comprehension

Reading Comprehension tapşırığı mətndən və ona aid bir neçə sualdan ibarət olur. Mətnlər müxtəlif həcmdə və müxtəlif sahələrə aid ola bilər ( təbiət elmləri. Sosiyal elmlər. Humanitar). Mətnə aid suallar üç formatda olur:

Sual və ona aid beş cavab.bu halda yeganə düzgün cavab tapılmalıdır.

Sual və üç variantda cavab. Bu halda bütün doğru cavablar tapılmalıdır.( Birdən üçə kimi.)

Tapşırıq. Müəyyən kriteriyaya uğun cümlənin mətndən tapılması.

Zəruri vərdiçlər

Verbal hissəni heçmək üçün zəruri vərdişlər:

1.Text Completion, Sentence Equivalence sualları üçün İnkişaflı leksika (nadir sözləri bilmək).

2.Məntiqi düşüncə, mühakimələrdəki məntiqi səhvləri aşkar edə bilmək.

3.Analitik oxu vərdişləri ( mətnə aid bəzi suallar “nə”, “kim”, “harda”,” nə zaman” kimi deyil, “nə üçün”, “niyə”şəklində ifadə olunub.

Detallara diqqət və yaddaşda massiv məlumatların saxlana bilməsi.

Partners